İİR ordusunun dəniz qüvvələrinin dörd nailiyyətinin təqdimatı olub
Noy 23, 2015 18:16 Asia/Baku
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının dörd yeni nailiyyəti ordunun baş komandanı və dəniz qüvvələri komandanının iştirakı ilə təqdim olunub.
Bu mərasimdə əməliyyat məntəqələri radarlarının sistemləşdirilməsi, xəritələrin nümayişi üzrə elektron sistem, "S" dalğalı radarın informasiyasının idarə edilməsi və dalğıcın sualtı qayıqdan çıxmasının maketi kimi nailiyyətlərin təqdimatı olub.Əməliyyat məntəqələri radarlarının sistemləşdirilməsi platforması səviyyə hədəflərinin aşkarlanması və izlənilməsi qabiliyyətinə malikdir.
Bu sistem səviyyə hədəflərini vahid formada "Ey.Ci.Ay.Es." (AGIS) xəritəsi zəminində izləyir və məlumat verir.
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı kontr-admiral Həbibullah Səyyari bazar ertəsi günü bu qoşunların dörd yeni nailiyyətinin təqdimat mərasimində deyib ki, dəniz qoşunlarında və beynəlxalq səhnədə təchizatlardan istifadə qüvvələr arasında stimulun yaranmasına səbəb olacaq.
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı bu qüvvələrin hazırda tapşırıq yerinə yetirməkdə olan 36-cı dəniz bölməsinin Ədən Körfəzindəki iştirakına işarə edərək, deyib ki, 37-ci dəniz bölməsi də dekabrın əvvəlində bu məntəqəyə göndəriləcək.
Kontr-admiral Səyyarinin sözlərinə görə, dəniz qoşunlarının 38-ci dəniz bölməsi də 37-ci dəniz bölməsindən sonra Aralıq dənizi, Asiyasnın şərqi və Afrikanın cənubu kimi üç məntəqəyə gedəcək.