Noy 27, 2015 15:21 Asia/Baku
  • İran xalqı və dövləti düşmənlərin məkrli planları qarşısında sayıq olmalıdır
    İran xalqı və dövləti düşmənlərin məkrli planları qarşısında sayıq olmalıdır

Tehranın bu həftəki cümə namazının xətibi İran xalqı və dövlətinin düşmən və imperializmin İranda məkrli planları və nüfuz xarakterli hərəkətləri qarşısında sayıq olmalarını istəyib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani xalq və rəsmilərin düşmənlərin nüfuzu qarşısında sayıqlığını vurğulayaraq deyib: Amerika sionistlərin köməyi ilə İranın iqtisadi, mədəni, siyasi və təhlükəsizlik sahələrində nüfuz etmək niyyətindədir.
Bəzi qərb heyətlərinin iqtisadiyyat bəhanəsi ilə İranda nüfuz etmək niyyətində olduğunu bildirən Tehranın bu həftəki cümə namazının xətibi əlavə edib: Onlar bu vasitə ilə İranın təhlükəsizlik və müdafiə sahəsinə nüfuz etmək və müdafiə inkişafını dayandırmaq istəyirlər.
Ayətullah Müvəhhidi Kirmani Tehranda keçirilən Qaz İxrac Edən Ölkələr Təşkilatının dövlət başçılarının son iclasına toxunub və əlavə edib: Bu iclasda iştirak edən ölkələrin başçılarının İslam İnqilabının Böyük Rəhbəri ilə görüşü və İslam Respublikasının regional və beynəlxalq məsələlər barədəki mövqeyi ilə tanış olmaları bu iclasın önəmli nailiyyətlərindən idi.
Tehranın cümə namazının xətibi Amerika, Səudiyyə Ərəbistanı və sionist rejimin regiondakı cinayətlərinə də münasibət bildirib: Bununla belə İranın məqsədi region problemlərinin siyasi yollarla həlll olunması və zorakılıqdan çəkinməkdir.
Ayətullah Müvəhhidi Kirmani Suriyanın vəziyyəti barədə də deyib: Terrorçuların tədricən məğlubiyyətə uğraması ilə bu ölkənin vəziyyəti yaxşılaşmaqdadır və bir milyondan çox suriyalı didərgin Rusiyanın Suriyada terrorçulara qarşı əməliyyatından sonra öz ölkəsinə qayıtmışdır.
Tehranın bu həftəki cümə namazının xətibi Suriya ərazisində Türkiyə tərəfindən rus qırıcı təyyarəsinin vurulması ilə əlaqəda Moskva və Ankara arasında yaranan gərginliyə toxunub və tərəfləri təmkinli olmağa çağırıb.
Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani həmçinin milyonlarla iranlı zəvvarın İmam Hüseyn (ə) Ərbəini mərasiminə ezam olunmasına toxunub və deyib: Problemlər və təhlükələrə baxmayaraq, dünya şiələrinin 3-cü imamı Həzrət İmam Hüseynin (ə) aşiqlərinin Kərbəlaya doğru irimiqyaslı hərəkəti şiələrin Əhli-Beytə (ə) sevgisini əks etdirir.

Teqlər