Noy 28, 2015 12:40 Asia/Baku
  • Bu gün, ordunun dəniz qüvvələrinin qəhrəmanlığının ildönümü günüdür
    Bu gün, ordunun dəniz qüvvələrinin qəhrəmanlığının ildönümü günüdür

Bu gün, noyabrın 28-i, "Peykan" raket atan freqatının üzvlərinin qəhrəmanlığının ildönümü və İran İslam Respublikası Ordusunun Dəniz Qoşunları günüdür.

1980-ci il noyabrın 28-də İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının "Peykan" raket atan freqatı Məhəmməd İbrahim Hemmətinin komandirliyi altında ordunun dəniz qüvvələri və İran üçün tarixi ifixar və unudulmaz bir qəhrəmanlıq yaratdı ki, bununla İraqın dəniz qüvvələrini icbari müharibənin sonunadək geriyə oturtdu və mühüm və tarixi bir günü yaratdı.
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının üzvləri belə bir gündə bəəs-çi düşmənin özünün bütün dəniz və hava qüvvələrini səfərbər edərək, qoruduğu, İraqın Əlamiyyə və Əlbəkr neft ixracı terminallarına hücum edərək, bu terminalların üçdə ikisindən çoxunu məhv etdi və İran İslam Respublikası bayrağını bu terminalların ən uca yerində dalğalandırdılar.
Bu sərt dəniz döyüşündə düşmənin hərbi təyyarələrindən on üçü və "Uza" tipli iki raket atan freqatı Fars Körfəzinin dibinə göndərilidi. Bundan əlavə, İraqın bir neçə dəniz reynceri öldürüldü və bir qrup da həbs olundu.
Bu əməliyyatdan sonra 1980-ci il noyabrın 28-də dan yeri ağaranda düşmən bütün hava və dəniz qüvvələri, həmçinin region ölkələrinin kəşfiyyat və logistik, habelə Avaks casusluq təyyarələri və imperialist ölkələrin süni peyklərinin dəstəkləri, eləcə də əməliyyat səhnəsinə yaxın olan ölkələrin sahil hərbi təsisatlarından istifadə etməklə bir daha öz terminallarını geri almağa cəhd etdi ki, qeyri-bərabər bir qarşılaşmada İranın "Peykan" raket atan freqatı təklikdə iraqlı gəmi və təyyarələrdən daha bir neçəsini əməliyyat səhnəsindən çıxara bildi.
İranın "Peykan" raket atan freqatının bəəs-çi düşmənin qarşısındakı tarixi uğurunun şərəfinə, həmin gün İran İslam Respublikası təqvimində dəniz qoşunları günü adlandırılıbdır.

Teqlər