İranda qar və məktəblərin tətili
https://azeri.sahartv.ir/news/İran-i200508-İranda_qar_və_məktəblərin_tətili
İranda güclü qar yağıntısının ardınca ölkənin bəzi vilayətləri və məntəqələrinin məktəbləri bu gün tətil edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2015 09:12 Asia/Baku
  • İranda qar və məktəblərin tətili
    İranda qar və məktəblərin tətili

İranda güclü qar yağıntısının ardınca ölkənin bəzi vilayətləri və məntəqələrinin məktəbləri bu gün tətil edilib.

Qar yağıntısının davam etməsi və şaxta dalğasının daxil olması ilə İranın bəzi vilayətlərində, xüsusən Ərdəbil, Qəzvin, Zəncan və Həmədanda gediş-gəliş çarx zənciri ilə mümkün olur.

Ərdəbil vilayətinin Hidrometeorologiya Baş İdarəsinin proqnozuna əsasən, bugünkü şaxtalı hava bölgədə davam edəcək və sabahdan bu vilayətdə havanın temperaturunun nisbi artmasının şahidi olacağıq.

Ərdəbildə havanın temperaturu hazırda Selsi cədvəli üzrə mənfi beş dərəcədir.