Ayətullah Nuri-Həmədani: Səudiyyə rejimi İslamın düşmənidir
İranın Qum şəhərində böyük təqlid mərcələrindən biri deyib ki, səudiyyə rejimi İslama xidmət yerinə, Amerikaya xidmətçilik edir.
Fars xəbər agentliyinin məlumatına görə, Qum şəhərində böyük təqlid mərcələrindən olan Ayətullah Hüseyn Nuri-Həmədani səudiyyə rejiminin İslamın və müsəlmanların əsl düşməni olduğunu bildirərək, qeyd edib ki, hər il Ərəbistanda vəhhabiliyin tədris olunduğu universitetlərdən digər müsəlmanların kafir və müşrik olmaları əqidəsində olan minlərlə nəfər İslama zərbə vurmaq üçün məzun olur.
Ayətullah Nuri-Həmədani əlavə edib: Amerikanın və sionistlərin hökmranlıqları altında olan bu vəhhabi və təkfirçi şəxslər özlərinin düzəltdikləri xürafat məzhəbinə əsasən, insanları qırmaqla məşğul olurlar.
Bu təqlid mərcəyi həmçinin Ərəbistanda baş vermiş kədərli Mina hadisəsinə toxunub və onu Kərbəlada İmam Hüseyn(ə) mərasimi ilə müqayisə edərək bildirib ki, təqdibən 27 milyon İmam Hüseyn(ə) zəvvarı Kərbəlaya daxil olub və sağ-salamat öz vətəninə geri dönüb, lakin Ərəbistan Allah Evinin təqribən 2,5 milyon zəvvarını idarə edə bilmədi və minlərlə nəfəri qurban etdi.
Ayətullah Nuri-Həmədani vurğulayıb: Ali-Səud həcc mərasimini idarə etmək ləyaqətinə malik deyil və bu mərasimin idarəsini islami ölkələrə tapşırmaldır.