Dek 11, 2015 14:29 Asia/Baku
  • Təbrizli əzadarlar Nardaran şiələrinin qırğınına etiraz ediblər
    Təbrizli əzadarlar Nardaran şiələrinin qırğınına etiraz ediblər

Təbrizli əzadar heyətlər və tələbələr Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu qarşısında etiraz toplantısı keçirərək Həzrət Məhəmmədin (s.ə.s) vəfatı ilə bağlı əzadarlıq ediblər.

Səhər Beynəlxalq Televiziyasının Xəbər telekanalının internet portalına istinadla verdiyi məlumata görə, 14 səfərdə Azərbaycan Respublikasının Nardaran qəsəbəsində baş vermiş olaylar ardınca ötən gün, Hüseyn (ə) heyətləri, vilayət universitetlərinin tələbələri, dini tələbələr və Təbriz əhalisi Həzrət Məhəmmədin (s.ə.s) vəfatı və İmam Həsənin (ə) şəhadətinin ildönümü günündə Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu qarşısında etiraz aksiyası keçiriblər.

Bu mərasimdə iştirak edənlər Azərbaycan müsəlmanları və Nardaran şiələri ilə sərt davranışa son qoyulmasını tələb edib və müsəlmanların qırğın edilməsini pisləyiblər.

İslam Şurası Məclisinin bir qrup millət vəkili də çərşənbə axşamı günü bir bəyanatda Azərbaycan hökuməti tərəfindən Nardaran şiələrinin şəhid edilməsini pisləyib və insan haqları dairələrinin bu məsələni araşdırmalarını tələb ediblər.

Bu bəyanatda azərbaycanlı vilayətlərin millət vəkilləri Azərbaycan hökumətinin bu nalayiq hərəkətini pisləyib və bütün beynəlxalq insan haqları dairələrindən vətəndaşların hüquqlarının pozulması və möminlərin şəhid edilməsi ilə bağlı hökumətin rəftarının araşdırılmasını istəyiblər. Eyni zamanda BMT tərəfindən bölgəyə faktaraşdırıcı heyətin ezam olunması və rəsmi Bakının Nardaranda şiələrin repressiyası ilə bağlı funksiyası barədə hesabat hazırlamasını istəyib.

Teqlər