İranda Beynəlxalq Neft-Kimya Seminarı işə başladı
Dek 13, 2015 10:56 Asia/Baku
12-ci Beynəlxalq Neft-Kimya Seminarı İran vitse-prezidenti, neft naziri, xarici işlər naziri və neft-kimya sahəsində fəaliyyət göstərən dünyanın 97 iri şirkətinin iştirakı ilə Tehranda işə başlayıb.
İRİB-nin məlumatına görə, dünyanın neft-kimya sahəsində ən mühüm iclaslarından sayılan bu iki günlük iclasda dünyanın 25 ölkəsindən o cümlədən Avstraliya, Azərbaycan, Belçika, Kanada, Çin, Fransa, İngiltərə, Almaniya, Hollandiya, Qətər, Rusiya, Cənubi Koreya, Türkiyə, Hindistan, İngiltərə, Amerika və İspaniyadan gəlmiş şirkətlər iştirak edirlər.
Bu iclasda iştirak edən xarici iştirakçıların say və keyfiyyət baxımından xeyli yaxşılaşması xarici tərəflərin İran bazarında iştirakda ciddi olduqlarından xəbər verir.