Dek 14, 2015 13:06 Asia/Baku
  • Zərif nigeriyalı həmkarı ilə telefonla danışıb
    Zərif nigeriyalı həmkarı ilə telefonla danışıb

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif nigeriyalı həmkarı Geffrey Onyeama ilə telefon söhbətində bu ölkədə xoşagəlməz hadisələrin baş verməsindən təəssüflənib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Məhəmməd Cavad Zərif Geffrey Onyeama ilə telefon söhbətində iki ölkənin əlaqələrini vurğulayaraq İran İslam Respublikasının Zaria şəhərində bir qrup müsəlman üçün yaranan təəssüfləndirici hadisələrdən nigaranlığını bildirib.

Zərif əlavə edib: Nigeriya hökumətinin zorakılıqdan çəkinmək, stabilliyi və müsəlmanların canını qorumaq üçün dərhal və ciddi addım atması gözlənilir.

Geffrey Onyeama da bu telefon söhbətində ümidvarlıq edib ki, bu ölkənin yüksək səviyyəli rəsmiləri ilə məsləhətləşmələr aparmaqla stabilliyin bölgəyə qayıtmasına çalışacaq və qarşıdurmalar və zorakılıqların qarşısı alınacaq.

Teqlər