Dek 17, 2015 08:58 Asia/Baku
  • Bəzi qüdrətlərin ilkin şərti Suriyada müharibənin davam etməsinin səbəbidir
    Bəzi qüdrətlərin ilkin şərti Suriyada müharibənin davam etməsinin səbəbidir

İran xarici işlər naziri Suriyada müharibənin davam etməsinin səbəbini bəzi qüdrətlərin ilkin şərtləri adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif Nyu-Yorka daxil olduğu zaman xarici qüdrətlərin nüfuzu və ilkin şərtləri olmadan Suriyanın gələcəyi və taleyinin təyin olunmasının bu ölkənin hər bir vətəndaşının haqqı adlandırıb və deyib: Tehran Suriyada ilkin şərtlərin ləğv və atəşkəsin bərqərar olunmasını istəyir və bu ölkə böhranının həll yolu Suriyada Milli Birlik hökumətinin təşkili üçün bu ölkənin müxtəlif qrupları arasında diplomatik və siyasi danışıqlardır.

Zərif Nyu-Yorka səfərinin önəmli məqsədini Suriya böhranının həlli barədə Vyanada keçirilən 1 və 2-ci iclasın davamında 3-cü iclasda iştirak etmək adlandırıb və əlavə edib: İran İslam Respublikası elə əvvəldən bu məsələni vurğulayıb ki, Suriyanın taleyi və gələcəyinin təyin olunması bu ölkə xalqının üzərindədir.

İran xarici işlər naziri bildirib: İŞİD terror qruplaşmasının xarici alıcılara neft satmaq yolu ilə maliyyə mənbələri əldə etməsi, eləcə də onu dəstəkləyənlər və tərəfdarlarının xaricdən İraq və Suriyaya ezam olunması və bunun qarşısının alınmaması ən böyük problemlərdən hesab olunur.

İran xarici işlər naziri İŞİD-in maliyyə mənbələrini əldə etməsinin qarşısının alınması istiqamətində həll yolunun tapılması üzrə BMT Təhlükəsizlik Şurasının keçiriləcəyi iclasa toxunub və deyib: Bu sahədə beynəlxalq koordinasiyaya ehtiyac vardır. Belə ki, terrorizm xarici siyasətlərin tətbiq olunması istiqamətində vasitə olaraq istifadə olunmamalıdır.

Zərif həmçinin Nyu-Yorka səfərinin məqsədlərindən birini Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası barəsində 5+1 qrupunun bəzi üzvlərinin xarici işlər nazirləri ilə ikitərəfli iclasların keçirilməsi adlandırıb.

Teqlər