Dek 18, 2015 08:42 Asia/Baku
  • Zərif: Suriyalı müxalif qruplarla bağlı məqbul bir siyahı yoxdur
    Zərif: Suriyalı müxalif qruplarla bağlı məqbul bir siyahı yoxdur

İran xarici işlər naziri deyib: Suriyadakı müxalif qruplar və hətta, terrorçularla bağlı dolğun bir siyahı yoxdur.

Məhəmməd Cavad Zərif Suriya böhranı ilə bağlı Nyu-York iclasından öncə İRİB ilə müsahibədə deyib: İran əl-Qaidə, İŞİD, Ənnüsrə Cəbhəsi və Əhrarül-Şam kimi terrorçu qruplarla əlaqəsi olan qruplar yox, Suriyada sülh və təhlükəsizliyin təmin edilməsinə səy göstərən və Suriya xalqı tərəfindən də qəbul edilən müxalif qrupların beynəlxalq qanunlar çərçivəsində olan iştirakını zəruri hesab edir.

Zərif Nyu-York iclası ilə bağlı dəyərləndirməsi zamanı deyib: Vyana iclasında qərara alındı ki, terrorçu və müxalif qruplar arasında fərq qoyulsun, müzakirələrdə və milli birlik dövlətində iştirak üçün anlaşma əldə edilsin. Amma, hələ də bu zəmində lazımi hazırlığın olmadığını düşünürəm.

İranın xarici işlər naziri Suriyadakı terrorçu olmayan müxalif qrupların ciddi və hərtərəfli iştirakını zəruri adlandırıb və deyib: İran bu məsələni dəstəkləyir və hələ xeyli öncədən milli birlik dövlətinin yaradılması təklifi ilə çıxış etmişdi.

Zərif həmçinin, Nigeriya şiələrinin qırğın edilməsindən təəssüfləndiyini bildirib və deyib: Nigeriyada daha artıq qan axıdılmasını önləmək üçün ciddi səylər görülməlidir.

İran xarici işlər naziri nüvə anlaşmasının icrası barədə də, ABŞ Konqresinin Amerikaya səfər etmək istəyən şəxslərə vizanın verilməsi şərtləri ilə bağlı son qərarına işarə edərək, deyib: Bu addım nüvə anlaşmasının icrasına mənfi təsir buraxa bilər.

Teqlər