Dek 18, 2015 14:47 Asia/Baku
  • Ayətullah Əhməd Xatəmi
    Ayətullah Əhməd Xatəmi

Tehranın cümə namazı xətibi Nigeriyada şiələrin bu ölkə ordusu tərəfindən qırğın edilməsinə işarə edərək, bu cinayəti qınayıb və bu çirkin əməlin Nigeriya dövləti üçün mənfi nəticələri barədə xəbərdarlıq edib.

Tehranın müvəqqəti imam cüməsi Nigeriyada şiələrin bu ölkə ordusu tərəfindən qırğın edilməsinə işarə edərək, bu cinayəti qınayıb və bu çirkin əməlin Nigeriya dövləti üçün mənfi nəticələri barədə xəbərdarlıq edib.

Ayətullah Əhməd Xatəmi bu gün Tehranın cümə namazı xütbələrində bu qırğına görə Ərəbistan rejiminin Nigeriya dövlətini təbrik etməsini təəssüfləndirici hal adlandırıb və deyib: Bu cinayət sionist rejimin, vəhhabilərin, İŞİD və Boko Haram kimi terrorçu qrupların istəkləri əsasında törədilib. Buna görə də, Nigeriya dövləti dərhal bu cinayəti törədənləri cəzalandırmalı və oxşar faciələrin baş verməsini önləməlidir.

Tehranın müvəqqəti imam cüməsi daha sonra Türkiyənin İraqa hərbi müdaxiləsini də tənqid edib və bu hərəkəti ölkələrin ərazi bütövlüyünə hörmətlə bağlı qanunun aşkar formada pozulması adlandırıb.

Ayətullah Xatəmi Ali-Səud rejiminin İŞİD-ə qarşı İslam Koalisiyası təşkil etməsini də tənqid edib və deyib: Bu rejim İŞİD ilə mübarizə iddiasında olsa da, terrorçuların yetişdirilməsi, maliyyələşdirilməsi və onlara təlimlərin keçilməsində birbaşa rola malikdir.

Tehranın müvəqqəti imam cüməsi həmçinin deyib: İranın nüvə fəaliyyətlərinin ehtimal olunan hərbi cəhətləri ilə bağlı PMD işinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasında bağlı elan edilməsi İslam İnqilabının Böyük Rəhbərinin istiqamətləndirmələri və İran xalqının müqavimətinin nəticəsidir.

Ayətullah Əhməd Xatəmi əlavə edib: Qarşı tərəf PMD işini bağlı elan etməklə İrana lütf etmiş olmayıb. Əksinə, ötən 12 ildə İranın dinc məqsədlər üçün olan nüvə fəaliyyətləri ilə bağlı yaralnlarını geri çəkib.

Teqlər