İran və Çin xarici işlər nazirləri Nyu-Yorkda görüşüblər
-
İran və Çin xarici işlər nazirləri Nyu-Yorkda görüşüblər
İran və Çin xarici işlər nazirləri Suriya böhranı üçün siyasi həll yoluna təkid ediblər.
Çin xəbər agentliyinin verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif və Vanq Yi cümə axşamı Nyu-Yorkda 3-cü beynəlxalq Suriya iclasının kənarında görüşüb, danışıqlar aparıblar.
Vanq Yi Suriyanı himayə edən ölkələrin xarici işlər nazirlərinin iclasının keçirilməsində məqsədin Suriya böhranı üçün siyasi həllyolunun tapılması adlandırıb və deyib: Çin Suriya böhranı üçün siyasi həll yoluna təkid edir.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif də bu görüşdə İran İslam Respublikasının Çin ilə əməkdaşlıqların gücləndirilməsi üzrə səylərinə işarə edib və deyib: Suriya böhranının həlli istiqamətində müəyyən irəliləyişlərə baxmayaraq, ixtilaflar hələ də mövcuddur.
İran xarici işlər naziri Suriya hökumətinin siyasi müxalifləri sırasında adı yer alan bəzi şəxslər barədə ciddi şübhələrin mövcud olmasına işarə edib və deyib: İclasda iştirak üzrə icazə vərəqəsinə malik olan Əl-Qaidə ünsürləri Vyana iclasında Suriya dövlətinin müxalifləri üçün təyin edilmiş şərtlərə malik deyillər.