Nemətzadə: İranın DünyaTicarət Təşkilatına üzvlüyü ölkələrin xeyrinədir
İranın sənaye, mədən və ticarət naziri İranın DünyaTicarət Təşkilatına üzv qəbul edilməsini dünya ölkələrinin xeyrinə adlandırıb.
İRNA-nın məlumatına görə, Məhəmmədrza Nemətzadə cümə axşamı Dünya Ticarət Təşkilatının 10-cu nazirlər iclasında deyib: İranın, Dünya Ticarət Təşkilatından kənar ən iri iqtisadi qüdrət olaraq, bu təşkilata üzv qəbul edilməsi bir uduş-uduş anlaşması olacaq.
Nemətzadə əlavə edib: İranın nüvə işi ilə bağlı bütün anlaşılmazlıqların öz həllini tapması ilə, İranın növbəti addımı digər ölkələr ilə iqtisadə əməkdaşlıqlar olacaq. Buna görə də, İranın Dünya Ticarət Təşkilatına üzvlüyü İslam Respublikasının əsas prioritetlərindən sayılır.
Dünya Ticarət Təşkilatının 10-cu nazirlər iclası 14-17 dekabrda Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilib.