İran xarici işlər naziri Nyu-Yorkda məsləhətləşmələr aparıb
-
İran xarici işlər naziri Nyu-Yorkda məsləhətləşmələr aparıb
İran xarici işlər naziri Nyu-Yorkda Suriyaya Dəstək Qrupunun 3-cü beynəlxalq iclasının kənarında BMT baş katibi, katibəvəzi və Almaniya xarici işlər naziri ilə ayrı-ayrılıqda görüşüb və danışıqlar aparıb.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT baş katibi Ban Ki Munla görüşdə deyib: Hələlik Suryiada müxalif qruplar və terror qrupların adları ilə bağlı qəbulediləsi siyahı müəyyənləşməyib.
Zərif BMT baş katibinin katibəvəzi İan İlyasonla və Almaniya xarici işlər naziri Frank Valtre Ştaynmayerlə görüşəd də Suriya və terrorizm böhranı ilə əlaqədar məsələlər və onunla mübarizə çün mümkün yolların tapılması barədə danışıqlar aprabı.
İran xarici işlər nazirinin sözlərinə gör, danışıqların əsas predmentini Suriya böhranı və bu böhranın həlli məqsədilə diplomatik səylər olmuşdur.
Zərif BMT baş katibi ilə görüşdən sonra jurnalistlərə deyib: Suriya və Yəmən proseslərindən əlavə nüvə anlaşmasının icrası yolları barədə də BMT baş katibi ilə danışıqlar aparılıb.
İRan xarici işlər naziri bildirib: Ban Ki Munla danışıqlarda Suriya xalqı üçün qəbulediləsi vu bu ölkədə sülhün yaradılmasına kömək edəcək beynəlxalq qaydalara əsasən müxalif qrupların iştirakının əhəmiyyəti vurğulandı.
Suriya börhanının həlli üzrə beynəlxalq iclas cümə günü Nyu-Yorkda keçirilib.
Nyu-YOrk iclasının keçirilməsində məqsəd Suriyada gələn yanvar ayında atəşkəs razılaşmasının əldə olunması, həmçinin Suriya hökuməti ilə müxaliflər arasında danışıqlar elan olunmuşdur.