Dek 19, 2015 09:48 Asia/Baku
  • Zərif: Suriyada sülhü əldə etmək mümkündür
    Zərif: Suriyada sülhü əldə etmək mümkündür

İran xarici işlər naziri deyib: Hazırkı siyasi şərait və Suriyaya dəstək beynəlxalq qrupunun iclasının keçirilməsi Suriyada sülhün bərqərar olunmasına kömək edir.

Səhər Beynəlxalq tEleviziyasının məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif The Guardian qəzetində dərc olunan məqalədə yazıb: Hazırkı şəraiti nəzərə alaraq Suriyada terror qruplaşmalarına qarşı vahid cəbhənin yaradılması və siyasi prosesin izlənilməsi vacibdir.

Zərif demokratiyanın əsas prinsipləri olmayan və Suriyada demokratiyaya dəstəyi yalandan iddia edən ölkələri tənqid edərək bildirib: Bu ölkələrin məqsədi Suriyada tatəşkəsin bərqərar olunmasına mane olmaq yolu ilə siyasi prosesi yayındırmaqdır. Belə ki, müzakirə masasında terror qruplaşmalarının iştirakın şərait yaransın.

İran xairi işlər naziri İŞİD,əl-QAidə terror qruplaşmaları və onları himayə edənləri dünyaya qarşı müştərək təhdid adlandırıb və yazıb: Terrorçulara birbaşa dəstək və ya dəstəkçiyə çevrilmək bəzi ölkələrin siyasi və qısanmüddətli məqsədlərini təmin etmək üzrə güc pramidası xəyala dönüşəcəkdir.

Zərif əlavə edib: Terror qruplaşmalarının dəstəkçiləri terrorizmə dəstəyi nigaranlıq olmadan davam etdirirlər və öz müttəfiqlərinin köməyi üçün dəstəklərini qanuni cilvələndirmək üçün terrorçuları yaxşı və pisə bölürlər.

İran xarici işlər naziri bildirib: 2001-ci il 11 sentyabr hadisələrindən 14 ilin keçməsi və dünyada bir neçə terror aktının baş verməsi və neçə yüz minlərlə insanın həlak olması və 4 trilyon dollardan çox vəsaitin xərclənməsi "terrora qarşı müharibə"ni öz məqsədlərinə çatdırmayıb.

Zərif təhlükəsizliyin digərlərinə destabilliyi yaratmaq bahasına əldə olunmadığını bəyan edərək yazıb: Terrorizmlə mübarizə istiqamətində ciddi dəyşiiklik olmadığı zamana qədər radikal və ekstremist qruplar hamıya və hətta onları qidalandıranlara qarşı öz cinayətlərini davam eddirəcəklər.

İran xarici işlər naziri bildirib: İran islam respublikası Suriya böhranının əvvəlindən bu ölkə xalqının tələbləri və azad idarəsinə hörmətlə yanaşmağı, xarici müdaxilələrə qarşı çıxmağı, siyasi məqsədlərə çatmaq üçzrə vasitə olaraq istifadə olunan terrorizmi rədd etməyi, Suriya hökuməti və müxalif qruplar arasında danışıqların başlanmasını vurğlayıb və inanır ki, Suriya böranının həlli üçün heç bir hərbi həll yolu yoxdur.

İranın xarici diplomatiya idarəsinin rəhbəri bildirib: Hamı ikili standarlara, bəzi kütlələri izollyasiya etməyə, repressiya və islamofibiyaya şamil olan radikallıq kkləri ilə mübarizə üçün əməkdaşlıq etməlidir.

Teqlər