Zərif: İrana səfərin məhdudlaşdırılması nüvə anlaşmasına ziddir
https://azeri.sahartv.ir/news/İran-i201036-zərif_İrana_səfərin_məhdudlaşdırılması_nüvə_anlaşmasına_ziddir
İranın xarici işlər naziri İrana səfərin məhdudlaşdırılması qanunun nüvə anlaşmasına zidd olduğunu deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2015 10:10 Asia/Baku
  • Zərif: İrana səfərin məhdudlaşdırılması nüvə anlaşmasına ziddir
    Zərif: İrana səfərin məhdudlaşdırılması nüvə anlaşmasına ziddir

İranın xarici işlər naziri İrana səfərin məhdudlaşdırılması qanunun nüvə anlaşmasına zidd olduğunu deyib.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif El-Manitor analitik informasiya portalı ilə müsahibədə deyib: Təəssüflər olsun ki, Vaşinqton tərəfindən təzadlı açıqlamalar gəlir və bunlardan biri də viza rejiminin ləğvi proqramında nəzərdə tutulan məhdudiyyətlərdir. ABŞ-ın Nümayəndələr Məclisində qəbul edilən bu qanun ABŞ Senatı tərəfindən də təsdiq edilib.

M.Zərif bu qanun layihəsinin tamamilə mənasız olduğunu vurğulayaraq deyib: Çünki, heç bir iranlı və ya İrana səfər edən şəxs ilə Paris, Sen Bernardo və ya istənilən digər yerdə baş verən faciələr arasında hansısa əlaqə yoxdur.