Çin noyabr ayında İrandan neft idxalını 45% artırıb
Dek 22, 2015 11:06 Asia/Baku
-
Çin noyabr ayında İrandan neft idxalını 45% artırıb
Noyabr ayında Çinin İrandan idxal etdiyi neftin miqdarı öncəki ay ilə müqayisədə təqribən 50% artıb.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Çin noyabr ayında İrandan 2.02 milyon ton xam neft alıb. Bu da öncəki ay ilə müqayisədə 45.1%-lik bir artım deməkdir.
Bundan öncəki proqnozlara görə, Çin noyabr ayında İrandan gündəlik olaraq 444 min barel neft almalı idi. Lakin, bu rəqəm 491 min barelə yüksəlmişdi. Çinin dekabr ayı üçün isə İrandan gündəlik olaraq 533 min barel neft idxal etməsi gözlənilir.
Çin İrandan ən çox neft idxal edən ölkədir.