Dek 26, 2015 20:56 Asia/Baku
  • İran terrorizm ilə mübarizədə hərtərəfli səylər göstərir
    İran terrorizm ilə mübarizədə hərtərəfli səylər göstərir

İran İslam Respublikası quruluşunun Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri İranın regionda terrorizm ilə mübarizəsini hərtərəfli adlandırıb.

İRİB-nin məlumatına görə, Əli Əkbər Vilayəti Tehranda Türkiyə cəfəriləri cəmiyyətinin sədri Səlahəddin Özgündüz ilə görüşdə deyib: İran İslam Respublikas regional əməkdaşlıqların genişləndirilməsi və terrorizm ilə mübarizə üzrə bütün səylərini səfərbər edib.

İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri daha sonra deyib: müsəlmanlar arasında birlik və həmrəyliyin gücləndirilməsi xüsusi ilə də təkfirçi-terrorçu qruplaşmalar ilə mübarizənin aparılması inkaredilməz bir zərurətdir və region ölkələri, xüsusi ilə də qonşu ölkələr bu sahədə əməkdaşlıq etməlidirlər.

Vilayəti həmçinin, düşmənlərin İslam əleyhinə fitnələrinə işarə edərək, deyib: İslam düşmənləri İslam Dünyası və müsəlmanları kobud qələmə verməklə, onları terrorizmin himayədarı kimi təqdim etsinlər. Amma, İslam Dini rəhmət və təfəkkür dinidir.

Vilayətinin dediyinə görə, bu gün İslam adı ilə dünyaya tanıtdırılan fenomen terrorçular və İslam düşmənlərinin fitnəsindən başqa bir şey deyil. Bu isə müsəlmanlar arasında təfriqə törətməklə onları qarşıdurmaya sövq etdirirlər. Əslində isə onlar üçün şiə və ya sünni arasında heç bir fərq yoxdur.

Teqlər