İran Əhatəli Müştərək Təşəbbüs Proqramı qarşısında öz öhdəliklərinə sadiqdir
-
İran Əhatəli Müştərək Təşəbbüs Proqramı qarşısında öz öhdəliklərinə sadiqdir
İranın Atom Enerjisi Təşkilatının sözçüsü Əhatəli Müştərək Təşəbbüs Proqramı qarşısında öz öhdəliklərini yerinə yetirmək istiqamətində İranın addımlarını qeyd edib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi Etimad qəzetinə verdiyi müsahibədə deyib: İran Əhatəli Müştərək Təşəbbüs Proqramı qarşısında öhz öhdəliklərini çox qısa zaman ərzində yerinə yetirmişdir.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü əlavə edib: İran addımlarını hesablanmış və paralel şəkildə atıb və hətta arxayınlıqla bağlı yüksək səviyyədə hərəkət edib.
İranın Atom Enerjisi Təşkilatının sözçüsünün sözlərinə görə, Əhatəli Müştərək Təşəbbüs Proqramının icra prosesi 10 il və bəzi öhdəliklər də 15 illikdir və elə buna görə, bütün cəhətlərdə şəffaflıq lazım və zəruridir.
Kamalvəndi həmçinin deyib: İqtisadiyyat sahələrində arxayın olmalıyıq ki, bir maneənin aradan qaldırılması ilə digər bir maneənin İranın yolu qarşısında durmayacaq. Bu, bəzi hallarda bütün detalları müəyyənləşən İran İslam Respublikasının tələbidir.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü bildirib: İran 10-11 ton arasında zənginləşdirilmiş maddələri nəql edib və təxminən 210-220 min kiloqram sarı keyki alıb.
Kamalvəndi həmçinin deyib: İranın Əhatəli Müştərək Təşəbbüs Proqramından sonra strategiyası bu olacaq ki, ölkənin nüvə fəaliyyətləri strateji iqtisadiyyat çərçivəsində məqsədli fəaliyyətlər olsun.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü qeyd edib: Təhlükəsizlik sahəsində əməkdaşlıqlar üçün avropalılar hazırlıqlarını elan ediblər və Avropa Birliyinin enerji rəsmiləri yaxın gələcəkdə İrana səfər edəcəklər.