Yan 13, 2016 10:40 Asia/Baku
  • Sepah 10 ABŞ hərbçisinin həbsi ilə bağlı açıqlama verdi
    Sepah 10 ABŞ hərbçisinin həbsi ilə bağlı açıqlama verdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Dəniz Qoşunları 10 ABŞ hərbçisinin həbs edilməsi ilə bağlı xəbərlərin yayılmasının ardınca bir bəyanat yayıb. Bəyanatda həbs edilən ABŞ hərbçilərinin səhhətində heç bir problemin olmadığı və Fars adasında saxlanıldıqları bildirilir.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Sepah-ın ictimai əlaqələr şöbəsi bu bəyanatda bildirib: Çərşənbə axşamı ABŞ ordusunun 2 hərbi qayığı Fars adasının sahil sularına daxil olub. Bunun ardınca Sepah-ın 2-ci dəniz məntəqəsi qüvvələri bu iki hərbi qayığı saxlayaraq, qayıqlarda olan 10 amerikalı dəniz piyadasını həbs ediblər.

Bu məlumata görə, ABŞ ordusuna məxsus bu iki hərbi qayığın saxlanılması zamanı, ABŞ-ın "Trumən" təyyarədaşıyan gəmisi və onu müşayiət edən hərbi gəmilər Fars adasının cənub-şərqində, amerikan hərbi qayıqların saxlanıldığı məkanın yaxınlığındakı beynəlxalq sularda olublar.

Həmçinin, Sepah-ın Dəniz Qoşunları bildirib ki, ABŞ-ın hərbi qayıqlarının saxlanıldığızaman, Fransanın "Şarl De Qol" təyyarədaşıyan gəmisi də Fars adasının şimal-şərqində, beynəlxalq sularda üzürmüş.

Sepah-ın ictimai əlaqələr şöbəsi həmçinin bildirib ki, saxlanılan ABŞ hərbçilərinin 9-u kişi, 1-i isə qadındır. Onların səhhətində heç bir problem yoxdur və münasib bir məkanda yerləşdiriliblər.

Teqlər