Yan 17, 2016 10:33 Asia/Baku
  • Nüvə anlaşmasının icrası; İranın böyük uğuru
    Nüvə anlaşmasının icrası; İranın böyük uğuru

İran və 5+1 qrupu ölkələrinin nümayəndələri arasında iki il yarım danışıqlardan sonra İran xarici işlər naziri və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru müştərək bir bəyanatda 16 yanvarı Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası günü elan ediblər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerinin şənbə günü gecə Vyanada oxunan müştərək bəyanatında bildirilir: İran və Altılıq qrupu nümayəndələri arasında tarixi anlaşmanın yekunlaşmasından 6 ay sonra tərəflər ciddi səylə 2016-cı il 16 yanvarda Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası üçün şərait yarada bildilər.

Bu bəyanata əsasən, İran öz öhdəliklərini yerinə yetirdiyinə görə, 16 yanvarda İranın nüvə proqramı ilə əlaqədar maliyyə, iqtisadi və neçətərəfli sanksiyalar nüvə anlaşmasına uyğun şəkildə ləğv olunur.

Bu bəyanata əsasən, Əhatəli Müştərək Təşəbbüs Proqramını təsdiq edən Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi bundan sonra Nüvə Silahlarının Yayılmamasına dair Sazişin kənarında İranın nüvə fəaliyyətləri ilə əlaqədar hüquq çərçivəsində icra olunur və 1696, 1737, 1747, 1803, 1835, 1929, 2224 qətnamələrinin bütün müddəalarına son qoyulur.

Zərif və Mogerini tərəfindən müştərək bəyanat oxunmazdan öncə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru bir hesabatda təsdiqləyib ki, İran öz nüvə fəaliyyətləri barəsində yaranan bütün məhdudiyyətlərə beynəlxalq qüdrətlərlə anlaşmaya əsasən riayət etmişdir.

Yukiya Amano şənbə gecə Vyanada bildirib ki, bu gün MAQATE-nin Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasına başlamaq üçün İranın lazımi addımları atmasına dair təsdiqləyən hesabatı yayılıb və bu hesabat Direktorlar Şurası və BMT Təhlükəsizlik Şurasına təqdim olunub.

Teqlər