Yan 17, 2016 12:14 Asia/Baku
  • Təbriz İslam Turizm Paytaxtı seçildi
    Təbriz İslam Turizm Paytaxtı seçildi

Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbriz şəhəri 2018-ci il üçün İslam Turizm Paytaxtı seçilib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İslam Əməkdaşlıq Təşkilatının Əl İşləri Sənayesi İnkişaf Poqramının rəhbəri Nəzih Məruf 2018-ci ildə Təbrizin İslam Turizm Paytaxtı olaraq seçilməsini əksər islam ölkələrinin dəstəklədiyini bildirib.

Məruf Təbriz şəhərinin İslam Turizm Paytaxtı seçilməsinin ardınca Təbrizin İslam İncəsənət Universitetinə məktub ünvanlayaraq bu şəhərin bu seçimə layiq olduğunu bildirib.

İƏT-in turizm nazirlərinin 9-cu iclasında bu seçimin münsiflər heyətindən olan Əl İşləri Sənayesi İnkişaf Proqramının rəhbəri müxtəlif ixtisaslı muzeylər, şəhər infrastrukturları, Təbriz İslam İncəsənət Universiteti və Təbrizin əyləncə mərkəzlərinin kənarında mədəniyyət mərkəzlərinin fəaliyyətini bu şəhərin turizm şəhəri olaraq seçilməsində təsirli hallardan adlandırıb.

İslam Əməkdaşlıq Təşkilatı BMT-dən sonra dünyanın 4 qitəsindən 57 ölkənin üzv olduğu ikinci dövlətlərarası təşkilatdır.

Teqlər