İran Çexiya Respublikası ilə münasibətləri genişləndirməyə hazırdır
-
İran Çexiya Respublikası ilə münasibətləri genişləndirməyə hazırdır
İranın Şərqi Azərbaycan Vilayətinin valisi İranın Çexiya Respublikası ilə əlaqələri genişləndirmək üçün hazır olduğunu bildirib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə çərşənbə axşamı günü Çexiyanın sənaye və ticarət naziri İan Mladeklə görüşdə deyib: İki ölkənin yüksək səviyyəli rəsmilərinin iradəsi ticarət və iqtisadiyyat əlaqələrinin genişlənməsinə köklənib, bu məsələni müsbət qarşılayır və Çexiya Respublikası ilə əməkdaşlığa və təcrübələri mübadilə etməyə hazırıq.
İranın Şərqi Azərbaycan valisi əlavə edib: Çexiya Respublikası ilə iqtisadi münasibətləri artırmaq üçün Təbriz Ticarət Palatasında bir şöbəni bu ölkəyə aid etmişik və çexiyalı iş adamlarını bu palatanın üzvləri ilə müzakirəyə və Şərqi Azərbaycan vilayətinin potensialları ilə yaxından tanış olmağa dəvət edirik.
Çexiya Respublikasının sənaye və ticarət naziri də bu görüşdə bu səfərdə onu 60 iqtisadi şirkətin nümayəndəsinin müşayiət etdiyinə toxunaraq deyib: Bu şirkətlər iranlı iş adamları ilə əməkdaşlıq etməyə və infestisiya yatırmağa maraqlıdırlar. Çexiya Respublikası üçün qonşu ölkələrin bazarlarının kənarında İranın 80 milyonluq bazarı çox önəmlidir.
Çexiya Respublikasının sənaye və ticarət naziri 60 nəfərlik heyətinin müşayiəti ilə bazar ertəsi günü Təbrizə daxil olub.