Yan 20, 2016 18:49 Asia/Baku
  • 
İran və Bolqarıstan prezidentləri əlaqələrin genişləndirilməsinə təkid ediblər
    İran və Bolqarıstan prezidentləri əlaqələrin genişləndirilməsinə təkid ediblər

İran İslam Respublikası və Bolqarıstan prezidentləri telefon söhbətində iki ölkənin əlaqələrin inkişafında əzmkar olduqlarını vurğulayıblar.

İran prezidenti Həsən Ruhani çərşənbə günü Bolqarıstan prezidenti Rosen Plevneliev ilə telefon əlaqəsi saxlayaraq, deyib: nüvə anlaşmasının icrası İran ilə Avropa Birliyi xüsusi ilə də Bolqarıstan arasında əlaqələrin genişləndirilməsinə yaxşı şərait yaranıb.

Ruhani deyib: İranın nüvə işinin bağlı elan edilməsi bir daha sübut etdi ki, İranın nüvə fəaliyyətləri daim dinc məqsədlərə xidmət edib.

Ruhani həmçinin, Bolqarıstanda çoxlu müsəlmanın yaşamasına işarə edib və deyib: Müxtəlif dinlərin davamçılarının bir-birilərinin kənarında sülh içində yaşaması böyük bir iftixardır və heç bir cəmiyyətdə dini və etnik məsələlərin ixtilaf və təfriqə amilinə çevrilməsinə icazə vermək olmaz.

Bolqarıstan prezidenti də bu telefon söhbətində nüvə anlaşmasının icraya qoyulması münasibəti ilə iranlı həmkarını təbrik edib və deyib: Bu addım İran, dünya və Avropa Birliyi üçün böyük bir uğur idi.

Rosen Plevneliev əlavə edib: Bolqarıstan İran ilə dost ölkə olaraq ikitərəfli əlaqələrin inkişafının tərəfdarıdır.

Teqlər