Xalqın müqaviməti nəticəsində böyük nailiyyət əldə olundu
https://azeri.sahartv.ir/news/İran-i205134-xalqın_müqaviməti_nəticəsində_böyük_nailiyyət_əldə_olundu
Tehranın bu həftəki cümə namazının xətibi deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramı və sanksiyaların ləğvi xalqın müqaviməti və dəstəyi nəticəsində böyük nailiyyət idi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 22, 2016 11:45 Asia/Baku
  • Xalqın müqaviməti nəticəsində böyük nailiyyət əldə olundu
    Xalqın müqaviməti nəticəsində böyük nailiyyət əldə olundu

Tehranın bu həftəki cümə namazının xətibi deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramı və sanksiyaların ləğvi xalqın müqaviməti və dəstəyi nəticəsində böyük nailiyyət idi.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Əhməd Xatəmi ABŞ prezidenti Barak Obamanın öncəki sanksiyaların ləğvini imzalamasından sonra İran əleyhinə Amerikanın yeni sanksiyalarına toxunaraq bildirib: Amerika elə həmin köhnə Amerikadır və Əhatəli Müştərək Təşəbbüs Proqramında onun məkrli planlarına diqqətli olmaq lazımdır.

Tehranın bu həftəki cümə namazının xətibi həmçinin İslam Şurası Məclisi və Rəhbərlik Xobrəqan Məclisi seçkilərinə toxunaraq bildirib: İranda vəzifələr siyasi əmanətlərdir və bunlar sahibinə tapşırılmalıdır.

Ayətullah Əhməd Xatəmi əlavə edib: Həzrət Əli (ə) buyurur ki, dini quruluşda vəzifələr heç vaxt yağlı tikə deyil ki, ilk öncə özümüzü, ailəmizi və övladlarımızı doyuzdurmaq, sonra isə digərlərinin fikrində olaq. Vəzifələr bizə tapşırılan əmanətdir ki, əmanətə sadiq qalmalı, onu qorumalı və davamında sahibinə tapşırmalıyıq.