Fev 05, 2016 15:32 Asia/Baku
  • Tehranın cümə namazı xütbələri
    Tehranın cümə namazı xütbələri

Tehranın cümə namazı xitabətçisi İran xalqının İslam Şurası Məclisinə və Rəhbərlik Xübreqanı Məclisinə keçiriləcək 26 fevral seçkilərində geniş iştirakını düşmənlərin fitnələrinə möhkəm bir cavab adlandırıb.

Ayətullah Məhəmməd İmami Kaşani Tehranın buhəftəki cümə namazı xütbələrində 26 fevral seçkilərinin İran İslam Respublikası Quruluşunun möhkəmlənməsindəki rolunu vurğulayaraq, deyib: Xalqın birliyi, xüsusən iranlıların seçki məntəqələrində geniş iştirakı zalım qüdrətlərin İslam Şurası Məclisinə və Rəhbərlik Xübreqanı Məclisinə keçiriləcək seçkilərə qarşı hərəkətlərini nakam qoya bilər.

Tehranın cümə namazı xitabətçisi əzəmətli İran İslam İnqilabının zəfər çalmasının otuz yeddinci ildönümünün gəlib çatması münasibətilə bütün azadlıqsevər və haqsevər insanları, xüsusən İran xalqını təbrik edərək, söyləyib: İmam Xomeyni(r.ə)-in hərəkatınn zəfər çalmasına və İslam İnqilabının öz səmərəsini verməsinə səbəb olan ən mühüm amil, İran xalqının birliyi olub.

Tehranın cümə namazı xitabətçisi Amerikanın siyasətləri, İsrail rejiminin planları və Ali-Səudun maliyyə dəstəyini dünya və regiondakı siyasi, hərbi və əxlaqi gərginliklərin amili adlandırıb və belə deyib: Düşmənlər İrana nüfuz etmək və Suriya, Livan, İraq, Fələstin və digər nöqtələr daxil olmaqla region ölkələrini təhlükəli etməyə can atırlar, lakin sonda bu yolda məğlub olacaqlar.

Ayətullah İmami Kaşani söyləyib: İslamın adı ilə regionda fəaliyyət göstərən təkfirçi-terrorçu qrupların hərəkətləri, düşmənlərin islami təfəkkür və sivilizasiyasını məhv etmək üzrə planıdır və müsəlman xalqlar bu mühüm məsələyə diqqət yetirməli və düşmənlərin fitnələrini zərərsizləşdirmək istiqamətində səy göstərməlidirlər.

Teqlər