Laricani: İran regionda sabitlik və təhlükəsizlik amilidir
İran İslam Şurası Məclisinin sədri İran İslam Respublikasını regionda sabitlik və təhlükəsizlik amili adlandırıb.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani Qum şəhərində 22 bəhmən yürüşündə iştirak edərək, müxbirlərlə müsahibədə deyib: İranın regional səhnədə iştirakı sabitlik və təhlükəsizlik amili olub və hamı İranın bu sahədəki müsbət təsirini etiraf edir və deyir ki, İranın iştirakı olmadan regionda təhlükəsizliyi yaratmaq mümkün deyil.
İran İslam Şurası Məclisinin sədri İran xalqının 22 bəhmən yürüşündə geniş iştirakını İran İslam Respublikası təfəkkürünün tam dəstəklənməsi nişanəsi adlandırıb və belə əlavə edib: Bu gün İran xalqının istər nüvə sahəsində, istərsə də regionda əldə etdiyi nailiyyətlərin hamısı İslam İnqilabının Böyük Rəhbərinin yol göstərmələri və o həzrətin işin ardını tutmaları ilə öz bəhrəsini veribdir.
İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi də İranın şimalındakı Mazandaran vilayətinin mərkəzi olan Sari şəhrestanında 22 bəhmən yürüşü iştirakçılarının arasında İslam İnqilabının qələbəsi və İran İslam Respublikasının davamlılığının rəmzini xalqın dəstəyi adlandırıb və deyib ki, İran İslam Respublikasında xalq qüdrət mənşəyidir.
İranın təhlükəsizlik naziri əlavə edib: İran xalqının 22 bəhmən yürüşündəki geniş iştirakı bir daha düşmənlərin məyusluğu və çaş-başlığına səbəb oldu.
Ələvi fevralın 26-da keçiriləcək İslam Şurası Məclisi və Xübreqan Məclisinə seçkilər və xalqın seçki məntəqələrində iştirakı barədə deyib: İran xalqının bu seçkilərdə hər bir səsi düşmənlərin qəlbinə atılan bir ox olacaq.