Laricani: Fələstin xalqını müdafiə dini borcdur
İran İslam Şurası Məclisinin sədri deyib ki, İran Fələstin xalqını müdafiəni öz dini borcu bilir.
Əli Laricani şənbə günü Tehranda fələstinli qrupların üzvlərindən bir qismi ilə görüşdə bildirib ki, Fələstinin himayəsi üçün islami ölkələrin birliyi vacibdir.
Laricani Fələstin məsələsinin İran İslam Respublikasında diqqət mərkəzində duran mühüm məsələlərdən olduğunu deyərək, vurğulayıb ki, İranın xalqı və rəsmiləri dini bir vəzifə kimi Fələstin xalqını müdafiə edirlər.
İran İslam Şurası Məclisinin sədri Fələstinin himayəsi üçün islami ölkələrin birliyi vacibliyini vurğulayaraq, deyib: Fələstini müdafiə məsələsi İranda əsas bir məsələdir və bununla bağlı İran İslam Respublikasındakı bütün qrup və partiyalar da həmfikirdirlər.
Fələstinli heyətin sədri də İrana təşəkkür edərək, deyib ki, qətiyyətlə, İran Fələstin xalqının ən böyük himayəçisi olub və son 37 ildə Fələstin amalnı dəstəkləyibdir.