Fev 26, 2016 14:05 Asia/Baku
  • Amoli-Laricani: İran xalqının mesajı, əcnəbilərin müdaxiləsinin rədd olunmasıdır
    Amoli-Laricani: İran xalqının mesajı, əcnəbilərin müdaxiləsinin rədd olunmasıdır

İranın Məhkəmə Haikimiyyətinin sədri deyib: Xalqın İslam Şurası Məclisinə və Rəhbərlik Xübreqanı Məclisinə seçkilərdə qəhrəmancasına və şövqlü iştirakının mesajı, İran İslam Respublikasının taleyində əcnəbilərin müdaxiləsinin rədd olunmasıdır.

IRNA-nın məlumatına görə, İranın Məhkəmə Haikimiyyətinin sədri Ayətullah Sadiq Amoli-Laricani cümə günü İslam Şurası Məclisinə onuncu və Rəhbərlik Xübreqanı Məclisinə beşinci dövr seçkilərində iştirakdan sonra müxbirlər qarşısında bu seçkilərin önəminə toxunaraq, vurğulayıb: İran xalqının bu prosesdə şövq və ruh yüksəkliyi ilə iştirakı quruluşun qüdrəti və möhkəmliyinin artmasına səbəb olacaq.

İranın Məhkəmə Haikimiyyətinin sədri söyləyib: İslam Şurası Məclisinə və Rəhbərlik Xübreqanı Məclisinə seçkilər bu gün Qərb ölkələri üçün aydın bir mesaja malik olacaq və o da budur ki, xalqımız vahid şəkildə quruluşu və quruluşun Rəhbərini müdafiə edir.

İranın birinci vitse-prezidenti İshaq Cahangiri də seçkilərdə iştirakdan sonra müxbirlərə deyib: Əldə olunan məlumatlar göstərir ki, xalqın ilk saatlarda seçki məntəqələrində iştirakı son dərəcə diqqətəlayiq olubdur.

İranın birinci vitse-prezidenti əlavə edib: Hazırda ölkə boyu seçki məntəqələri xalqın geniş iştirakı ilə müşayiət olunur və əlbəttə, elə belə də olacağı gözlənilirdi, zira xalqımız olduqca agah, dəqiq və mövqeləri tanıyandır.

Cahangiri vurğulayıb: Xalq özünün seçkilərdəki səsinin əhəmiyyətini bilir, zira bu səs daim təyinedici olub; mütləq belə bir iştirakla iki qüdrətli məclis təşkil olunacaqdır.

Teqlər