Fev 26, 2016 15:28 Asia/Baku
  • Tehranın cümə namazı xütbələri
    Tehranın cümə namazı xütbələri

Tehranın cümə namazı xitabətçisi İran xalqının İslam Şurası Məclisi və Rəhbərlik Xübreqanı Məclsinə seçkilərdə geniş iştirakını xalqın agahlığı, şüuru və həyat nişanəsi adlandırıb.

Höccətulislam vəlmuslimin Kazem Seddiqi Tehranın buhəftəki cümə namazı xütbələrində İranın seçki atmosferinə hakim kəsilmiş təhlükəsizlik və asayişdən razılıq edərək, deyib: İran xalqı İslam İnqilabını qorumaq üçün şövq və şüurla səhnədə iştirak etməkdədir və bu iştirakın təzahürlərindən biri, onun bugünkü seçkilərdə güclü iştirakıdır.

Tehranın cümə namazı xitabətçisi düşmənlərin xüsusən nüvə anlaşmasından sonra İrana nüfuz etmək və ona yiyələnmək üzrə səylərinə toxunaraq, deyib: Quruluşun respublikaçılıq davamı, xalqın seçkilərdəki həmişəki iştirakı və İranın müqəddəratının təyini, quruluşun islamiliyinin də davamı Vilayəti-Fəqihlə bağlıdır.

Höccətulislam vəlmuslimin Seddiqi düşmənin nüfuz növlərini bəyan edərək, deyib: Nüfuz ya düşmən tərəfindən birbaşa casusun təyin olunması və ya tələbəlik dövründə əcnəbi dövlətlər təfərindən məsul şəxslərin yetişdirilməsi, yaxud da xalqı süstləşdirmək yolu ilə həyata keçirilir.

Tehranın cümə namazı xitabətçisi vurğulayıb: Quruluşun və İnqilabın düşmənlərfi bilsinlər ki, xalq bu günədək heç bir qüdrətin hökmranlığı altına getməyib və heç bir düşmənə beyət etməyəcəkdir.

Teqlər