Laricani: İran seçkiləri digər ölkələr üçün örnəkdir
https://azeri.sahartv.ir/news/İran-i209611-laricani_İran_seçkiləri_digər_ölkələr_üçün_örnəkdir
İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Qərargahının katibi deyib: İslam Respublikasında son seçkilər digər ölkələr üçün örnək və İranda demokratiya prosesi üçün böyük qələbədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2016 09:45 Asia/Baku
  • Laricani: İran seçkiləri digər ölkələr üçün örnəkdir
    Laricani: İran seçkiləri digər ölkələr üçün örnəkdir

İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Qərargahının katibi deyib: İslam Respublikasında son seçkilər digər ölkələr üçün örnək və İranda demokratiya prosesi üçün böyük qələbədir.

BMT-nin insan haqları iclasında iştirak etmək üçün Cenevrədə səfərdə olan İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Qərargahının katibi Məhəmməd Cavad Laricani CNN telekanalına müsahibədə deyib: İslam Şurası və Rəhbərlik Xobrəqan Məclislərinin 26 fevral seçkiləri islam məntiqinə əsasən demokratik cəmiyyət və siyasi quruluşun yaradılması istiqamətində İran xalqı üçün başqa bir böyük təcrübədir.

İslam Şurası və Rəhbərlik Xobrəqan Məclisləri seçkiləri barəsində İrandan kənarda irəli sürülən mövqelərə toxunan Laricani əlavə edib: Mütləq bu seçkilərdən sonra İran prezidenti daha da güclü olacaqdır.

İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Qərargahının katibi həmçinin İranda edam cəzaları barəsində deyib: Edam cəzalarının 90%-i xoşagəlməz olan narkotik maddələrlə əlaqədar cinayətlərə görə baş verir. Lakin narkotik maddələrinin qaçaqçılığı ilə əlaqədar qanunların dəyişilməsinə səy olunur.