Rumıniya İrandan qaz almağa maraqlıdır
https://azeri.sahartv.ir/news/İran-i209902-rumıniya_İrandan_qaz_almağa_maraqlıdır
İranın neft nazirinin beynəlxalq və ticarət məsələləri üzrə müavini Rumıniyanın İrandan qaz almağa maraqlı olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2016 09:11 Asia/Baku
  • Rumıniya İrandan qaz almağa maraqlıdır
    Rumıniya İrandan qaz almağa maraqlıdır

İranın neft nazirinin beynəlxalq və ticarət məsələləri üzrə müavini Rumıniyanın İrandan qaz almağa maraqlı olduğunu bildirib.

İranın neft nazirinin müavini Əmir Hüseyn Zamaniniya ŞANA-ya verdiyi müsahibədə Rumıniya xarici işlər naziri ilə birlikdə Tehrana səfər edən bu ölkə şirkətləri nümayədələri ilə müzakirələrin mehvəri barəsində deyib: Rumıniya idxal etdiyi qaz yollarını çeşidləndirmək ardıncadır. Buna görə İrandan qaz almağa maraqlıdır.

Zamaniniya Rumıniya şirkətlərinin İranda dəniz və quru sektorları, eləcə də təchizatların istehsalı sahəsində iştirak etməyə hazır olduqlarını bildirdiklərinə toxunaraq deyib: Onlar idxal etdikləri qaz yollarını çeşidləndirmək üçün İran qazına diqqət yetirirlər.

İranın neft nazirinin müavini əlavə edib: İran gələn 4-5 il ərzində qazı hara göndərməsi üzərində düşünmək mövqeyinə sahib olacaq.

Zamaniniya həmçinin Norveçin Akr Soloşnez beynəlxalq qrupunun İrana səfəri və onlarla müzakirəyə toxunaraq deyib: Bu qrup neft və qaz sənayesi layihlərində iştirakla maraqlandığını bildirərək İran şirkətlərinə texnologiyanın nəql edilməsinə hazır olduğunu bildirib və İranda onların iştirakını müsbət qarşılayır.