Zərif: İran-Avstraliya əlaqələri yeni fəslə daxil olub
İranın xarici işlər naziri İran-Avstraliya əlaqələrinin yeni fəslindən xəbər verib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü Kanberrada Avstraliyanın xarici işlər naziri Culi Bişop(Julie İsabel Bishop) ilə birgə mətbuat konfransında deyib ki, İran və Avstraliya tarixi əlaqələrə malikdirlər və hazırda iki ölkə əlaqələri üçün yeni şərait yaranıbdır.
Zərif həmçinin İran prezidentinin "Zorakılıq və ifratçılıqdan uzaq dünya" adlı layihəsinin qəbul olunmasına toxunaraq, deyib: Zorakılıqla mübarizə ciddi həmkarlığa ehtiyaclıdır və İran zorakılıq və ifratçılıqla mübarizə və insan haqlarına riayət əzmindədir.
Zərif vurğulayıb: İslam sülh və dostluq dini olaraq, ifratçılıqla müxalifdir, amma hazırda müsəlmanlar zorakılıq qurbanıdırlar.
Avstraliyanın xarici işlər naziri də İrana qarşı sanksiyaların ləğvinə toxunaraq, deyib: Avstraliya son zamanlar İrana qarşı sanksiyaları ləğv etdi və İranla ticari və iqtisadi əlaqələri genişləndirməyə hazırdır.