Avstraliyanın "Traveller" websaytı: Əfsanəvi İran turizm mərkəzinə çevrilməkdədir
https://azeri.sahartv.ir/news/İran-i211741-avstraliyanın_traveller_websaytı_Əfsanəvi_İran_turizm_mərkəzinə_çevrilməkdədir
Bir avstraliyalı websayt şənbə günü bu ölkə vətəndaşlarına İrana səfər təklifini verərək, yazıb ki, İran sürətlə turizm üzrə bir mərkəzə çevrilməkdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 19, 2016 10:29 Asia/Baku
  • Avstraliyanın
    Avstraliyanın "Traveller" websaytı: Əfsanəvi İran turizm mərkəzinə çevrilməkdədir

Bir avstraliyalı websayt şənbə günü bu ölkə vətəndaşlarına İrana səfər təklifini verərək, yazıb ki, İran sürətlə turizm üzrə bir mərkəzə çevrilməkdədir.

Avstraliya vətəndaşlarına səfər məşvərəti verən "Traveller" websaytı sonra yazıb: İran xalqı sevilməli bir xalqdır. İranlıları sözün əsl mənasında, hər yerdə görsəniz, sizin dostlarınızdırlar.

Bu websayt əlavə edib: Bir sözlə, getmək lazımdır. İran səyahət yerlərindən biridir və orada olduğunuz zaman, bu ölkə sizin dünya haqqında fikrinizi dəyişə bilər.

Avstraliyanın ABC websaytı da yeni milad ilində İranın turizm yerlərindən olduğunu bildirərək, 2016-cı ildə turistlərin ehtimal olunan dörd səyahət yerlərindən biri kimi İranı təqdim edib, bu seçimin səbəblərini cavablandırıb, həmçinin İranın turizm imkanlarına nəzər salıbdır.