İran və Suriya müdafiə nazirlərinin telefon söhbəti
İranın müdafiə naziri İran İslam Respublikasının daim və ardıcıl olaraq, Suriya dövlətinə arxa durduğunu vurğulayıb.
İran Müdafiə Nazirliyinin İctimai Əlaqələr Şöbəsinin məlumatına görə, İranın müdafiə naziri general-mayor pasdar Hüseyn Dehqan Suriyanın müdafiə naziri general-leytenant Fəhd Casim Əlfəric ilə telefon danışığında Allah-Taalanın köməkliyi, Suriyanın dövləti, xalqı, silahlı və xalq qüvvələrinin müqaviməti, birliyi və imanı sayəsində əldə olunmuş tarixi Tədmur şəhərinin azad edilməsi xüsusiyyət təşkil etməklə Suriya ordusunun son qələbələri münasibətilə bu ölkənin xalqı və silahlı qüvvələrini təbrik edib.
General Dehqan həmçinin terror qruplarının işğalı altda olan yerdə qalan məntəqələrin azad edilməsi və terrorizm kimi xərçəng şişinin kökünün regiondan kəsilməsi üçün hərbi əməliyyatların davam etdirilməsini vurğulayıb.
Suriyanın müdafiə naziri də İran İslam Respublikasının xalqı, dövləti və silahlı qüvvələrinə təşəkkür edərək, deyib: Şübhə yoxdur ki, Suriyanın dostlarının, xüsusən İranın dəstək və köməklikləri Suriya ordsunun qələbələrində mühüm rol oynayıblar və Tədmur şəhərinin azad edilməsi terrorçular və onların himyədarları üzərində yekun qələbə yolunda əsas addım olacaq.
Suriyanın ordu və müqavimət qüvvələri bazar günü bir neçə gün döyüşdən sonra tarixi Tədmur şəhərini tam şəkildə İŞİD-in işğalından azad edə bildilər.
Tədmur şəhəri 2015-ci ilin mayında İŞİD terror qrupunun işğalına keçmişdi.