Apr 03, 2016 11:32 Asia/Baku
  • Laricani: İranın raket müdafiə qüdrəti güclənir
    Laricani: İranın raket müdafiə qüdrəti güclənir

İran İslam Şurası Məclisinin sədri Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsini istəyib.

Azərbaycan Respublikası və Ermənistan arasında silahlı toqquşmadan nigaranlığını bildirən Laricani iki ölkə parlamentləri və dövlətlərini danışıqlar yolu ilə hazırkı münaqişəni həll etməyə çağırıb.

İran İslam Şurası Məclisinin sədri deyib: İran öz raket müdafiə qüdrətinin gücləndirilməsini vurğulayır. 

İslam Şurası Məclisi informasiya agentliyinin məlumatına görə, Əli Laricani bu gün parlamentin plenar iclasında İranın yaxşı önləyici müdafiə qüdrətinə malik olduğunu bəyan edərək bildirib: İranın müdafiə potensialı stabillik və davamlı təhlükəsizliyin güclənməsi, habelə terrorçuların məhv edilməsinin əsas amilidir.

Laricani bildirib: Bəzi qərb ölkələrinin son raket məsələsində bəhanə axtarmaları İranın təhlükəsizlik iqtidarı ilə mübarizə üçün uzunmüddətli siyasətdir və elə buna görə, İran İslam Respublikası öz müdafiə qüdrətini, əsasən raket cəhətindən gücləndirməkdə israrlıdır.

Laricani həmçinin son terror aktlarını bəzi qərb və ərəb ölkələrinin cahilliyinin nəticəsi adlandırıb və deyib: Hazırkı terror faciələri bəzi ölkələr tərəfindən terror qruplarının yaradılması, gücləndirilməsi və illərlə onlardan vasitə olaraq istifadə edilməsinin nəticəsidir.

Teqlər