Ruhani: İran xalqınn nüvə texnologiyası sahəsindəki haqqı rəsmən tanınıb
https://azeri.sahartv.ir/news/İran-i214066-ruhani_İran_xalqınn_nüvə_texnologiyası_sahəsindəki_haqqı_rəsmən_tanınıb
İran prezidenti deyib: İran xalqınn nüvə texnologiyası sahəsindəki haqqı dünya xalqları və beynəlxalq təşkilatlar tərəfindən rəsmən tanınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2016 09:24 Asia/Baku
  • Ruhani: İran xalqınn nüvə texnologiyası sahəsindəki haqqı rəsmən tanınıb
    Ruhani: İran xalqınn nüvə texnologiyası sahəsindəki haqqı rəsmən tanınıb

İran prezidenti deyib: İran xalqınn nüvə texnologiyası sahəsindəki haqqı dünya xalqları və beynəlxalq təşkilatlar tərəfindən rəsmən tanınıb.

IRNA-nın məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani cümə axşamı günü İranın nüvə nailiyyətlərinin təqdimat mərasimində deyib: Dünya İranın nüvə proqramının sülh mahiyyətli olduğunu etiraf edərək bildirib ki, nüvə texnologiyası sahəsində İranla həmkarlığa başlayıbdır.

İran İslam Respublikası prezidentİ dünya ilə anlaşma ilə yanaşı, iqtisadi müstəqillik və özünəsöykənməyə səyin vacibliyini vurğulayaraq, deyib ki, bunlara nail olmaq minimum xərc və zamanla həyata keçirilməlidir.

2016-cı il aprelin 8-i, İran təqvimində Milli Nüvə Texnologiyası günü adıandırılıb.

Bu il həmin günün cümə gününə təsadüf etməsinə görə, İranın nüvə nailiyyətlərinin təqdimat mərasimi bu gün, cümə axşamı günü, aprelin 7-də keçirilib.