Ruhani Türkiyəyə yola düşüb
https://azeri.sahartv.ir/news/İran-i214954-ruhani_türkiyəyə_yola_düşüb
İran İslam Respublikası prezidenti İslam Əməkdaşlığı Təşkilatı-İƏT-in sammitində iştirak məqsədilə Türkiyənin İstanbul şəhərinə yola düşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 13, 2016 14:11 Asia/Baku
  • Ruhani Türkiyəyə yola düşüb
    Ruhani Türkiyəyə yola düşüb

İran İslam Respublikası prezidenti İslam Əməkdaşlığı Təşkilatı-İƏT-in sammitində iştirak məqsədilə Türkiyənin İstanbul şəhərinə yola düşüb.

IRNA-nın məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü axşam Türkiyənin İstanbul şəhərinə yola düşməzdən öncə Tehranın Mehrabad hava limanında müxbirlər qarşısında deyib: İran İslam Respublikası İslam dünyasında terrorizmlə mübarizəni daim ciddi şəkildə izləyib və terrorizmlə mübarizədə İrandan kömək istəmiş hər bir xalq və dövlətə əməldə kömək göstəribdir.

Ruhani əlavə edib: İran İslam Respublikasının xarici əlaqələrdəki əsas şüarlarından biri, kobudluq və ifratçılıq olmayan dünya məsələsi olubdur.

İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin 13-cü sammiti "ədalət və sülh üçün birlik və həmrəylik" şüarı ilə aprelin 14-ü və 15-də Türkiyənin ev sahibliyi ilə İstanbulda keçiriləcək.

Terrorizm və ekstremizmlə mübarizə bu iclasın iş gündəmində duran məsələlərdəndir.

İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin 13-cü sammiti ekspertlər və xarici işlər nazirlərinin hazırlıq iclaslarından sonra keçirilir.