Böyük Peyğəmbər(s.ə.s) manevri; Sepah-ın ən iri manevri
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Quru Qoşunlarının ən iri manevri uğurla başa çatdı.
İRİB-nin verdiyi məlumata görə, Sepah-ın Quru Qoşunları komandanı general-mayor Məhəmməd Pakpur dünən Böyük Peyğəmbər(s.ə.s) manevrinin başa çatmasından sonra deyib: Bu manevr ölkənin ən iri təhlükəsizlik manevri olaraq 3 gün müddətinə və 290 000 kvadrat kilometrlik bir ərazidə yənin ölkə ərazisinin 17%-də keçirilmiş oldu.
General-mayor Pakpur əlavə edib: Xəyali düşmən əleyhinə əməliyyatlın planlaşdırılması ilə bu manevrdə öncədən təyin olunmuş bütün məqsədlərə çatmış olduq.
O, həmçinin deyib: Həyata keçirilən əməliyyatların hamısı tamamilə real idi və manevrdə həyata keçirilən əməliyyatların heç biri formal və ya simvolik xarakter daşımayıb.
Sepah-ın Quru Qoşunları komandanı sonda deyib: Bu manevrdə Sepah-ın Quru Qoşunlarının desant qüvvələrindən də istifadə edildi.
Böyük Peyğəmbər(s.ə.s) manevri İranın cənub-şərq məntəqəsində 12-14 aprel tarixlərində keçirilib.