Fars körfəzi kitabəsinin təqdimatı
1621-ci ildə Şah Abbas Səfəvi ingilislərin köməyi ilə Hörmüzü portuqallardan azad etdi ki, onun bu hərəkəti həmişəlik olaraq xoş xatırlansın.
İran İslam İnqilabının qələbəsindən sonra, Ali İnqilab Şurası və İran hökumətinin 29 aprel qərarı ilə Fars Körfəzi Milli Gününə çevrildi. Maraqlısı budur ki, nəyə əsasən 29 aprel Fars Körfəzi Milli günü adlandırılmışdır? Fars körfəzi adının üzərində qalmaqal bu günün Fars Körfəzi Milli Günü olaraq seçilməsinin səbəbi olmuşdur. Bu qalmaqal dəfələrlə, dəfələrlə Ərəb siyasətçiləri və medialarında dilə gətirilmişdir.
Tehran Şəhər Şurasının üzvü cənab Məscidcamei bu barədə deyir: Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Ərəbistan bu cərəyanın tərəfdarıdırlar. Onlar siyasi səbəblərə görə, İrana qarşı çıxmaq və üçlü adalarla bağlı ixtilafları qabartmaq üçün saxta Ərəb Körfəzi adından istifadə edirlər. Bu cərəyan illərdir bu istiqamətdə çalışır. 1330-cu günəş illərində ingilislərin təhriki ilə ərəb ölkələri bu saxta adı Fars körfəzi üçün seçdilər.
İranın Fars körfəzi tarix boyunca beynəxlalq və regional siyasətlərdə xüsusi əhəmiyyət kəsb etmiş və edir. Neft kəşfləri, xüsusi coğrafi mövqeyi, Hind okeanı ilə beynəlxalq sular arasında əlaqə yolu səbəb olub ki, bu region ticarət və hərbi baxımdan Fars körfəzinə bağlı olsun.
Fars Körfəzi Milli Gününün gəlib çatması ərəfəsində Fars körfəzi gölü adı ilə də məşhurlaşan Tehranın Çitgər gölündə Fars Körfəzi Kitabəsinin təqdimatı keçirilib.
Bu tədbirin icraiyyə katibi xanım Zülfüqari hazırda Fars Körfəzi adının xüsusi əhəmiyyət kəsb etdiyinə toxunaraq deyib: Fars körfəzi İran sivilizasiyasının simvolu olaraq beynəlxalq xəritələr və sənədlərdə qeyd olunmuşdur. Fars körfəzi ölkənin körpüsü və əsatirlərdən yadigar qalmış dəyərli xəzinədir. Bu körfəz maddi və mənədi dəyərləri özündə ehtiva edir və sülh və qardaşlığın təzahürüdür.