May 05, 2016 13:24 Asia/Baku
  • 
İran Amerikanın müdaxilə strategiyasına etiraz etdi
    İran Amerikanın müdaxilə strategiyasına etiraz etdi

İran Xarici İşlər Nazirliyi ABŞ-ın mənafeyini qoruyan İsveçrə səfirliyinə nota ünvanlayaraq Vaşiqtonun İran əleyhinə son müdaxilə xarakterli ritorikası barədə etiraz edib.

İran XİN Amerikanın mənafeyini qoruyan İsveçrə səfirliyinə nota verərək Amerikanın İran əleyhinə son müdaxilə xarakterli ritorikası və qətnamələrdən birinin ilkin mətnində Fars Körfəzinin adlandırılması üçün saxta termindən istifadə edilməsinə etiraz edib.

Bu notada Birləşmiş Ştatların Fars körfəzi bölgəsinin təhlükəsizlik məsələlərində müdaxiləsi sərt şəkildə rədd olunub və bildirilib ki, İran İslam Respublikası Fars körfəzinin təhlükəsizliyi, sülh və stabilliyin təmin olunması üçün məsləhət bildiyini reallaşdıracaq.

Teqlər