Beynəlxalq Kitab Sərgisi - Tehran
Kitab ilə ünsiyyətdə olan xalqın düşüncələri aydın, baxışları dərin olar.
Kitab, zərif qüdrət və digər xalqlar və dövlətlər ilə ünsiyyət vasitəsidir.
Elə bu düşüncələr məni "Günəşlər şəhərinə" aparmış oldu. İmam Xomeyni(r.ə)-in məqbərəsinin önündə, Fars Körfəzi magistral yolunun üzərində yerləşən bu şəhər 29-cu Beynəlxalq Kitab Sərgisinin keçirildiyi ünvan idi.
Sərginin giriş qapısında mənim və bir çoxlarının diqqətini cəlb edən ilk şey sərginin şüarı idi: "Oxumaq üçün sabah gecdir".
İndi, sərgiyə baxış keçirmək üçün dəstə-dəstə axın edən, insanların düşüncələrinin bu şüar ilə nə dərəcədə üst-üstə düşdüyünü öyrənməyə çalışacağıq.
Baxış keçirən:
Sərginin son dərəcə kamil formada olduğunu düşünürəm. Sərginin bir çox bölməsinə baxış keçirmək istəyirəm. Çox yaxşı olardı ki, bu kimi şüarları gözləməyək və hər gün vaxtımızın bir hissəsini mütaliəyə ayırmış olaq.
Sərgi iştirakçısı:
Biz bu pavilyonda elektron kitablar təqdim edirik. Bu, yeni bir elmdir. Hələ inkişaf üçün böyük perspektivə malikdir. Biz, mobil telefonlar üçün də proqramlar hazırlayırıq. Onlardan istifadə edərək, elektron kitablara müraciət edə və istədiyiniz kitabı ala bilərsiniz. Həmçinin, uşaqlar üçün də səsli kitablarımız və uşaqları mütaliəyə həvsləndirən oyunlarımız da var.
Sərgi İştirakçısı:
Sərgiyə maraq çox böyükdür. Bu ildən etibarən sərginin Tehranın daxilində keçirilməməsiə və daha uzaq bir məkanda təşkil edilməsinə rəğmən sərgiyə müraciət edənlərin sayı xeyli çoxdur.
Bu sərgi İran prezidentinin iştirakı ilə işə başladı və cənab prezident Həsən Ruhani sərginin açılış mərasimində etdiyi çıxışda bir sıra önəmli məsələlərə işarə etdi: " İran bir sıra inanclara malikdir və bu inanclar dünyanın diqqətinə çatdırılmalıdır. Bunun üçün lazımi infrastrukturlar yaradılmalıdır və Tehran Kitab Sərgisi bu infrastrukturlardan biridir. Bacardığımız qədər məhsullarımızı bu sərgidə geniş formada təqdim etməliyik.
Bu sərgi nəşriyyatçılar, alıcılar, istehlakçılar və siyasətləri təyin edənlərin bir araya gəldiyi, qovuşduğu nöqtədir.
Bu qovuşma sadəcə yerli və daxili səviyyədə deyil. Bunun beynəlxalq əhəmiyyəti də var. Bu qovuşma bu sərgi formatında baş tutur.
Sərginin yerli bölməsində 1423 nəşriyyat ümumi, 512 nəşriyyat universitet, 324 nəşriyyat uşaq və yeniyetmə, 136 nəşriyyat isə təlim və tərbiyyə sahəsində iştirak edir.