İran XİN başçısı: İran xarici investisiyalar üçün münasib bazadır
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif İranı xarici sərmayə qoyuluşu üçün münasib baza adlandırıb.
İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif bazar ertəsi günü Varşavada keçirilən İran və Polşa iqtisadiyyat forumunda deyib: İran ötən ildə və gələcək illərdə dünyada mövcud olan orta inkişaf tempindən daha yüksək inkişafa malik olacaq. Və nəzarət altına alınmış infilyasiya ilə iqtisadi fəaliyyətlər üçün daha yaxşı şərait yaratmış olacaq.
Zərif əlavə edib: İran regionda ən təhlükəsiz ölkədir və Yaxın Şərqdə çox az ölkə regionun ifratçılıq, müharibə və terrorizm kimi böhranlar ilə üzləşdiyi bir şəraitdə, öz xalqına söykənərək, çox sakit bir atmosferdə seçkilər keçirir. Bu təhlükəsizlik xarici investorlar və sərmayə sahibləri üçün dəyərli fürsətdir.
İran xarici işlər naziri əlavə edib: İranın tranzit vəziyyəti də regionda misilsizdir. İranın malik olduğu ehtiyatlar dünyanın digər ölkələri ilə müqayisədə misilsizdir. Dünyanın ən iri neft və qaz yataqları İrandadır. Zəngin mədənlər habelə, elm və texnologiya sahəsində əldə edilən uğurlar sərmayə qoyuluşu üçün dəyərli baza sayılır.
Bu mərasimdə İran və Polşanın ticarət palataları arasında əməkdaşlıq sənədi də imzalanıb.