İranın şərtləri yerinə yetirilməyənədək Hörmüz boğazı açılmayacaq; ABŞ öhdəliklərinə əməl etməlidir
https://azeri.sahartv.ir/news/İran-i423182-İranın_şərtləri_yerinə_yetirilməyənədək_hörmüz_boğazı_açılmayacaq_abŞ_öhdəliklərinə_əməl_etməlidir
İran parlamentinin sədri müdafiə və diplomatiya yollarının paralel şəkildə davam etdirilməsini vurğulayaraq, bildirib ki, Hörmüz boğazının açılması İranın şərtlərinin yerinə yetirilməsindən və qarşı tərəfin öhdəliklərinə əməl etməsindən asılıdır.
(last modified 2026-09-20T12:59:05+00:00 )
Sen 20, 2026 16:41 Asia/Baku
  •  İranın şərtləri yerinə yetirilməyənədək Hörmüz boğazı açılmayacaq; ABŞ öhdəliklərinə əməl etməlidir

İran parlamentinin sədri müdafiə və diplomatiya yollarının paralel şəkildə davam etdirilməsini vurğulayaraq, bildirib ki, Hörmüz boğazının açılması İranın şərtlərinin yerinə yetirilməsindən və qarşı tərəfin öhdəliklərinə əməl etməsindən asılıdır.

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bu gün parlamentdəki çıxışında son hadisələrə və danışıqlar prosesinə toxunaraq, bildirib ki, İran İslam Respublikası təcavüz qarşısında əli-qolu bağlı deyil və milli maraqlarını müdafiə etməklə yanaşı, diplomatiya yolunu da davam etdirir.Qalibaf Hörmüz boğazı məsələsinə toxunaraq, deyib: “İranın şərtləri yerinə yetirilməyənədək Hörmüz boğazı açılmayacaq.” O vurğulayıb ki, boğazın açılması qarşı tərəfin öz öhdəliklərinə əməl etməsindən asılıdır.Qalibaf, həmçinin İranın müharibə və danışıqlara yanaşması ilə bağlı qeyd edib ki, müharibə və ya danışıqlar dilemması real deyil, əksinə İran eyni zamanda həm “qüdrətlə müharibə aparmalı” həm də “məntiqlə danışıqlar aparmalıdır”.İran parlamentinin sədri son aylardakı təcrübəyə toxunaraq, bildirib ki, İran təcavüz qarşısında passiv qalmayacağını, özünü və milli maraqlarını müdafiə etmək iqtidarında olduğunu nümayiş etdirib. Qalibafın sözlərinə görə, diplomatiya yalnız güc amili ilə müşayiət olunduqda və ölkənin maraqları ilə imkanlarının dəqiq hesablanması əsasında aparıldıqda məna kəsb edir.Qalibaf qarşı tərəfin öhdəliklərinin tam şəkildə yerinə yetirilməsinin zəruriliyini də vurğulayıb və İran İslam Respublikasının tələblərini qətiyyətlə müdafiə edəcəyini bildirib. O qeyd edib ki, qarşı tərəf öz öhdəliklərinə əməl etdiyi təqdirdə diplomatiya yolu davam etdirilə bilər. Lakin öhdəliklərin pozulması və təcavüzkar addımların atılması halında İran şəraitə uyğun qərar verəcək.İran parlamentinin sədri çıxışının digər hissəsində daxili həmrəyliyin qorunmasının və milli imkanlara arxalanmağın vacibliyini vurğulayıb. O bildirib ki, son müharibənin təcrübəsi göstərdi ki, İran İslam Respublikası təhlükəsizliyini və milli maraqlarını müdafiə etmək üçün həm müdafiə imkanlarından, həm də diplomatik vasitələrdən istifadə edəcək.