ABŞ-ın cinayətləri nəticəsində dəyən xəsarətin izlənilməsi qanunu qüvvəyə mindi
https://azeri.sahartv.ir/news/İran-i220354-abŞ_ın_cinayətləri_nəticəsində_dəyən_xəsarətin_izlənilməsi_qanunu_qüvvəyə_mindi
İran İslam Respublikası prezidentinin imzası ilə ABŞ-ın İran əleyninə cinayətləri nəticəsində dəyən xəsarətlərin izlənilməsi üzrə qanunu qüvvəyə minib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2016 14:21 Asia/Baku
  • Prezident Həsən Ruhani
    Prezident Həsən Ruhani

İran İslam Respublikası prezidentinin imzası ilə ABŞ-ın İran əleyninə cinayətləri nəticəsində dəyən xəsarətlərin izlənilməsi üzrə qanunu qüvvəyə minib.

İRNA-nın məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar ertəsi günü ABŞ-ın İran İslam Respublikası və İran vətəndaşlarına qarşı cinayətləri nəticəsində dəyən xəsarətlərin izlənilməsi və ondan irəli gələn məsələlər üzrə qanunu imzalayıb və icrasını Xarici İşlər Nazirliyinə elan edib.

Bu qanun 17 may 2016-cı ildə İslam Şurası Məclisində və 18 mayda Konstitusiyaya Nəzarət Şurasında təsdiqlənmişdi.

İran xalqının hüququnun tələb olunması məqsədilə, hökumət birbaşa və yaxud İran İslam Respublikası rəsmiləri və vətəndaşlarına dəstək yolu ilə ABŞ hökumətindən tam kompensasiyanın ödənməsi istiqamətində hüquqi addımları tətbiq etməlidir.