İranın dəniz qüvvələrinin qüdrəti ölkənin milli maraqlarına zəmanətdir
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı vurğulayıb ki, dəniz qüvvələrinin tədbirləri ilə düşmən İranın maraq və mənbələrinə təcavüz fürsətinə malik olmayacaq.
Resalət qəzetinin yazdığına görə, İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı kontr-admiral Həbibullah Səyyari son altı ildə üç min tanker və ticarət gəmisinin müşayiət olunmasından xəbər verərək, deyib ki, dəniz qüvvələrinin ciddi-cəhdi ilə düşmənin ölkə iqtisadiyyatına zərbə vurmaq səyi uğursuz qalıb.
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı düşmənin səkkiz il müqəddəs müdafiədə tankerlərin İranın cənubundakı Xark adasına giriş və çıxışlarının qarşısının alınması yolu ilə xam neft ixracatının dayandırılmasına dair fitnəsinə toxunaraq, əlavə edib: İranın dəniz qüvvələri bu dövrdə iqtisadi dövriyyəni qorumaq hədəfilə 10 mindən çox ticarət gəmisini və tankeri Xark adası və İmam Xomeyni(r.ə.) limanına doğru müşayiət edib.
Səyyari İranın dəniz qüvvələrinin iştirakının qüdrətli iştirakının nəticələrinədən birini İraın iqtisadi və ticari cərəyanına zəmanət adlandırıb və belə deyib: Bu tədbirlər nəticəsində düşmənin bəzi ölkələrin hava limanlarının da dəstəklədikləri hava yolu ilə İranın iqtisadiyyatına zərbə vurmaq üzrə fitnəsi nakam qaldı.
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı kontr-admiral Həbibullah Səyyari ötən həftə Xark adasına səfərdə ordunun dəniz qüvvələrinin bu mühüm və həssas adadakı hazırlığı və qüdrətini vurğulayıbdır.