İyun 14, 2016 08:28 Asia/Baku
  • İran Livan terror partlayışını pisləyib
    İran Livan terror partlayışını pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Beyrutun "Lobnan və Əlməhcər" bankı yaxınlığındakı son terror partlayışını pisləyib.

IRNA-nın məlumatına görə, Hüseyn Caberi Ənsari dünən gecə öz instaqram səhifəsində bazar günü Livanda baş vermiş terror partlayışının bu ölkədə sabitliyi pozmaq məqsədini güddüyünü bildirib.

Caberi Ənsari İranın Livanın sabitliyi və təhlükəsizliyini və bu ölkənin dövləti və xalqının terrorizmlə mübarizə üzrə səylərini dəstəklədiyini bildirib. O, Livandakı bütün siyasi və dini qrup və liderlərdən istəyibdir ki, ölkənin stabilliyi və təhlükəsizliyinin gücləndirilməsi istiqamətində səy və sayıqlıqla terror cərəyanlarının və Livanı təhlükəli etmək üzrə pərdəarxası himayəçilərin proqramlarını zərərsizləşdirsinlər.

Bazar günü Beyrutun qərbində bir bankı hədəfə alan bomba partlayışı Livan paytaxtını titrətdi.

Beyrutun Fərdan məntəqəsində baş vermiş bu partlayışda iki nəfər yaralanıb.

Teqlər