Zərif: İran-Fransa həmkarlığı hər iki ölkənin xeyrinədir
-
Zərif: İran-Fransa həmkarlığı hər iki ölkənin xeyrinədir
İranın xarici işlər naziri deyib ki, Tehran və Paris bir çox sahələrdə əməkdaşlıq edə bilərlər.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən axşam Parisdə fransız həmkarı ilıə birgə mətbuat konfransında deyib ki, siyasi sahədə Fransanın prezidenti və xarici işlər naziri ilə Yaxın Şərqdə sülh və sabitliyin qurulması barədə yaxşı danışıqlar aparıb. O, bildirib ki, nəhs terrorizm fenomeni sərhəd tanımır və dünyanın bütün məntəqələrndə qurban alır.
Fransanın xarici işlər naziri Jan Mark Aru nüvə anlaşmasını müdafiə edərək, deyib ki, bu anlaşma parlaq bir fürsət və İranın nüvə proqramına tarixi bir cavab idi.
İranın xarici işlər naziri Fransaya ikigünlük səfərindən sonra cümə axşamı günü səhər tezdən Hollandiyanın paytaxtı Amsterdama daxil olub.