General Səlami: İran xalqı müqavimət nümunəsidir
-
General mayor Pasdar Hüseyn Səlami
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandan əvəzi deyib: Bu gün region və dünyada İran müqavimətindən istifadə nemunələrini müşahidə etmək olar.
İRNA-nın verdiyi məlumata görə, general-mayor pasdar Hüseyn Səlami dünən İranın cənub bölgələrinin " nur yolçuları" toplantısında etdiyi çıxışında deyib: Bu gün İran müqavimətini nümünə götürənlər arasında Livan Hizbullahını və Fələstin müqavimətini misal göstərmək olar. Dünyanın başqa regionlarındakı müsəlmanlar da İranın müqavimət nümunəsini əsas götürərək, öz mentalitetlərini yenidən bərpa etməyə nail olublar.
General Səlami İran xalqının məğlubedilməz xalq olduğunu bildirib və deyib: Müqəddəs müdafiə İran xalqına ölkənin milli və islami gücünün nədə, xalqın hansı gücdən qorxmamalı, hansı gücə arxalanmalı olduğunu öyrətdi.