İrana təcavüz etmək istəyən terrorçuların səyi zərərsizləşdirilib
-
Ramazan Şərif
İslam İnqilabının Keşikçilər Korpusu Sepahın sözçüsü İranın təhlükəsizliyinə zərbə vurmaq istəyən terrorçuların səyinin iflasa uğradığını və nəticəsiz olduğunu bildirib.
İslam İnqilabı Keşikçilər Korpusu Sepahın sözçüsü general-mayor Ramazan Şərif əl-Məyadin telekanalına verdiyi müsahibədə bildirib: İraq və Suriyada öz məğlubiyyətlərinin əvəzini çıxmaq üçün terrorçuları dəstəkləyərək İranda təhlükəsizliyi pozmağa çalışan bəzi ölkələrin səyi nəticə verməyəcək.
İslam İnqilabı Keşikçilər Korpusu Sepahın sözçüsü İranın sərhəd bölgələrinin təhlükəsizliyinin digər şəhərlərin təhlükəsizliyi kimi olduğunu bəyan edərək bildirib: İran təhlükəsizlik baxımından terror qruplaşmaları və bu qruplaşmaları dəstəkləyən ölkələri öz sərhədlərindən kənarda nəzarətdə saxlayır.
Şərif bildirib: İslam İnqilabı Keşikçilər Korpusu Sepah İranın təhlükəsizliyini qorumaq üçün 3 dekadadan artıq təcrübəsinə əsasən regionun təhlükəsizlik təşkilatlarının metodlarını izləyir.
İslam İnqilabı Keşikçilər Korpusu Sepahın sözçüsü deyib: İŞİD terror qruplaşması bəzi Avropa ölkələrini hədələyib və öz aktlarını icra edə bilmişdir. Lakin İranda bu qruplaşmanın bir qrup üzvü həbs olunub və onların bütün səyləri zərərsizləşdirilib.